Əgər Siz loqotipimizə diqqət yetirdinizsə, loqomuzda 140.6 rəqəminin nə demək olduğunu düşünəcəksiniz. 140.6 mil Ironman adını qazanmaq üçün qət etməyiniz gərəkən məsafədir. IRONMAN, Dünya Triatlon Korporasiyası (WTC) tərəfindən keçirilən triatlon üzrə uzun məsafəli yarışmadır.“IRONMAN” triatlonu dünyanın ən çətin birgünlük yarışlarından biri hesab olunur. Triatlon seriyasında hər fərdi yarış fasiləsiz olaraq növbətdi ardıcıllıqla keçirilən üç mərhələdən ibarətdir: açıq suda üzmə - 3,86 km, velosiped sürmək - 180,25 km və marafon yarışı - 42,195 km.
Ən maraqlısı bu idman növünün inkişaf etdirdiyi imkanlar və keyfiyyətlərdir, və əlbəttə ki, prosesin özü və starta doğru yol. Bu asan bir yol deyil, amma ən doğrusudur! Hər kəs özünü yenidən kəşf edəcək, bunun üçün yalnız başlamaq lazımdır. Böyük bir yarış səni gözləyir!